Palliativ Yardım logo
Palliativ Yardım logo
Məsləhət

Baxım Avadanlıqları

qoltuqalti-ve-dirsekalti-deyekler

Qoltuqaltı və dirsəkaltı dəyəklər

Ayaq zəifliyi və ya hərəkət məhdudiyyəti zamanı istifadə olunur.

rollator-tekerli-dayaq-vasitesi

Rollator (təkərli dayaq vasitəsi)

Oturacaqlı və təkərli yerimə vasitəsidir. Uzun məsafələrdə hərəkəti asanlaşdırır.

yerime-cercivesi-walker

Yerimə çərçivəsi (walker)

Tarazlığı zəif olan şəxslərə yerimə zamanı əlavə dayaq verir.

tekerli-elil-arabasi

Təkərli əlil arabası

Müstəqil hərəkəti məhdud olan şəxslərin ev daxilində və çöldə hərəkət etməsinə kömək edir.

xeste-carpayisi-elektrik-ve-ya-mexaniki

Xəstə çarpayısı (elektrik və ya mexaniki)

Palliativ ev baxımında xəstənin rahatlığını, təhlükəsizliyini və düzgün bədən mövqeyini təmin etmək üçün istifadə olunur. Bu avadanlıqlar uzun müddət yataqda qalan şəxslərdə ağrıların azalmasına və fəsadların qarşısının alınmasına kömək edir.

yataq-yarasi-eleyhine-hava-doseyi-antidekubit-dosek

Yataq yarası əleyhinə hava döşəyi (antidekubit döşək)

Döşəyin hava kameraları növbəli şəkildə şişib-enərək bədənin müxtəlif hissələrinə düşən təzyiqi azaldır və yataq yaralarının qarşısını alır.

ortopedik-dosek

Ortopedik döşək

Bədənin düzgün vəziyyətdə saxlanmasına kömək edir, ağrı və narahatlığı azaldır.