Baxım Avadanlıqları

Tibbi Aspirator
Ağız və tənəffüs yollarında toplanan ifrazatların sorulması üçün istifadə olunur.

Tibbi sudno (xəstə qabı)
Yataq rejimində olan və ya hərəkət qabiliyyəti məhdud şəxslərin fizioloji ehtiyaclarını yataqda ödəmələri üçün istifadə olunan xüsusi tibbi vasitədir.

Nebulizer
Maye dərmanları buxar şəklinə çevirərək tənəffüs yollarına çatdırır.

Nəbz oksimetri
Qandakı oksigen saturasiyasını və nəbzi qiymətləndirir.

Qlükometr
Şəkərli diabeti olan xəstələrdə qanda qlükoza səviyyəsini ölçür.

Elektron təzyiqölçən
Arterial qan təzyiqinin müntəzəm izlənməsi üçün istifadə olunur.

Termometr
Bədən hərarətini ölçür və infeksiya əlamətlərinin izlənməsinə kömək edir.

Unitaz üçün oturacaq
Oturub-qalxma çətinliyi olan xəstələr üçün istifadə edilir.

Yataqda baş yuma vannası
Yataq rejimində olan və hərəkət qabiliyyəti məhdud şəxslərin başını yataqdan qaldırılmadan yuyulması üçün istifadə olunan xüsusi vasitə.

Duş oturacağı
Hamam və duş qəbulu zamanı yıxılma riskinin azalmasına kömək edir.

Komod kreslo (yataqyanı tualet kreslosu)
Tualetə gedə bilməyən xəstələr üçün yataq yaxınlığında istifadə olunan portativ tualetdir.

Döşək örtüyü, yataq üçün su keçirməyən altlıq
Yatağı və döşəyi sidik, maye və digər ifrazatlardan qorumaq üçün istifadə olunan su keçirməyən altlıqdır. Xəstənin rahatlığını artırır və yatağın təmiz saxlanmasına kömək edir.